"Shirvan Open 2025" start götürdü

"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verildi.

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı, "SOCAR"ın sponsorluğu, "Sirabın"ın tərəfdaşlığı ilə keçirilən fesdivalda 8 ölkədən 240-dan artıq şahmatçı iştirak edir.

Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçirə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22.650 AZN təşkil edir. A qrupunun qalibi 5100 AZN , B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 AZN qazanacaq.

Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala 26 noyabrda yekun vurulacaq.

azAZ